Türkiyədə zəlzələ: 100 yaralı
11 Sentyabr 2009 Cümə 02:45
Yerli vaxtla saat 21.29-da baş vermiş yeraltı təkanda iki yaşayış binasında dağıntı meydana gəlib
Türkiyənin Konya şəhərində 4.5 bal şiddətində zəlzələ baş verib. ANS PRESS „Ihlas“ agentliyinə (İHA) istinadən xəbər verir ki, yerli vaxtla saat 21.29-da (Bakı vaxtı ilə 23.29) baş vermiş yeraltı təkanda iki yaşayış binasında dağıntı meydana gəlib və yüzdən çox xəsarət alan olub. Zəlzələnin episentrinin Səlcuqlu rayunandakı Sille kəndində, yerin 5 km dərinliyində qeydə alındığı bildirilir. Şəhər rəsmiləri yaralıların əksəriyyətinin yeraltı təkanlar hiss edildiyi vaxt təşvişə düşərək pəncərədən tullanan insanlar olduğunu bildirib. Hadisə yerində mülki müdafiə dəstələrinin faliyyətləri davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar