Türkiyədə yüksək vəzifəli hərbçilər həbs edilib
22 Fevral 2010 Bazar Ertəsi 15:50
Türkiyə Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Donanmasının keçmiş komandanı da saxlanılıb
Türkiyədə “Balyoz” hərbi çevrilişinin hazırlanmasında iştirak edən yüksək vəzifəli hərbçilərin həbsi davam etməkdədir. “Hurriyet” qəzetinin yazdığı xəbərə görə, bü gün Türkiyə Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Donanmasının keçmiş komandanı İbrahim Fırtına və istefada olan admiral Özdem Örnek həbs olunub.

Bundan əlavə, Ankarada 14 sabiq və hazırki hərbçinin evində axtarışların aparıldığı barədə məlumat yayılıb. Həbs olunanlar arasında iki istefada olan general da var ki, onların adları açıqlanmır.

“Milliyət” qəzetinin yazdığına görə isə həbs edilən hərbçilər arasında istefada olan general Engin Alan da var. O, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının xüsusi təyinatlı qüvvələrinin komandanı olub. O, A. Öcalanın yaxalanması ilə bağlı gizli əməliyyata rəhbərlik edib. E. Alanın 4 illik komandanlığı dövründə PKK-nın 2-ci adamı Şəmdin Sakık da yaxalanıb.

Baş verənlərlə əlaqədar olaraq Türkiyə Baş Qərərgahının rəisi İlker Başbuk Misirə rəsmi səfərini təxirə salıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar