Türkiyədə yeni hökumətin tərkibi açıqlanıb
06 İyul 2011 Çərşənbə 15:56
Müdafiə, daxili işlər, təhsil nazirləri və bəzi digər nazirlər dəyişib.
Türkiyədə iyunun 12-də keçirilmiş parlament seçkilərində 49,9% səs toplayaraq qələbə qazanan Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini prezident Abdulla Gülə təqdim edib. APA-nın xəbərinə görə, prezidentin təsdiqindən keçən yeni hökumətin tərkibi R. T. Ərdoğan tərəfindən mediaya açıqlanıb. Yeni tərkib aşağıdakı kimidir:
Rəcəb Tayyib Ərdoğan – baş nazir
Bülənt Arınç – baş nazirin müavini
Əli Babacan – baş nazirin müavini
Bəşir Atalay – baş nazirin müavini
Bəkir Bozdağ – baş nazirin müavini
Sadullah Ərgin – ədliyyə naziri
Fatma Şahin – Ailə və sosial siyasət naziri
Egemen Bağış – Avropa Birliyi naziri
Nihat Ərgün – elm, sənaye və texnologiya naziri
Faruk Çelik – əmək və sosial təminat naziri
Ərdoğan Bayraktar – ekologiya və şəhərsalma naziri
Əhməd Davudoğlu – xarici işlər naziri
Zəfər Çağlayan – iqtisadiyyat naziri
Taner Yıldız – enerji və təbii ehtiyatlar naziri
Suat Kılıç – gənclər və idman naziri
Mehdi Əkər – qida, kənd təsərrüfatı və heyvandarlıq naziri
Həyati Yazıcı – gömrük və ticarət naziri
İdris Naim Şahin – daxili işlər naziri
Cövdət Yılmaz – inkişaf naziri
Ərtoğrul Günay – mədəniyyət və turizm naziri
Mehmet Şimşək – maliyyə naziri
Ömər Dinçər – təhsil naziri
İsmət Yılmaz – müdafiə naziri
Veysəl Əroğlu – meşəçilik və su işləri naziri
Rəcəb Akdağ – səhiyyə naziri
Binəli Yıldırım – rabitə və nəqliyyat naziri.
Yeni tərkib parlamentdə keçiriləcək etimad səsverməsindən sonra rəsmən fəaliyyətə başlayacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: