Türkiyədə yenə zəlzələ oldu, binalar uçdu
07 Noyabr 2011 Bazar Ertəsi 23:34
Uçan binalar oktyabrın 23-də baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdü.
Türkiyənin Van vilyətinin Qaragündüz bölgəsində 18 dəqiqəlik fasilə iki zəlzələ baş verib. ANS PRESS-in “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların gücü Rixter şkalası ilə 4,7 və 4,3 bal olub. Oktyabrın 23-də baş vermiş güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən iki bina bu günkü yeraltı təkanlara dözməyib və uçub. İlkin məlumatlara görə, binalarda heç kimin olmaması yeni tələfatın qarşısını alıb. Binalar qəzalı vəziyyətə düşdükdən sonra hökumət sakinləri təxliyə etmişdi.

Xatırladaq ki, oktyabrın 23-də Vanda baş vermiş 7,2 bal gücündə zələlə nəticəsində 604 nəfər ölüb. O vaxtdan indiyədək bölgədə 2600-ə yaxın yeraltı təkan qeydə alınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar