Türkiyədə yanmış meyit tapıldı
26 Fevral 2015 Cümə Axşamı 12:02
Meyitin üzərindən onun şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmayıb.
Türkiyə Konya vilayətinin Karatay rayonunda yanmış kişi cəsədi tapılıb.
ANS PRESS-in məlumatına görə, 20-25 yaşlarında olduğu güman edilən kişi cəsədi rayon ərazisindəki boş suvarma kanalında aşkarlanıb.
Rayonun Obruk məhələsinin sakini olan fermer günorta vaxtı tarladan evə qayıdanda 1 km məsafədə olan kanalda yanmış cəsəd görüb.
Fermerin xəbər verməsi ilə hadisə yerinə polis və jandarm qüvvələri cəlb olunub.
Axtarış zamanı meyitin üzərindən onun şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmayıb.
Faktla bağlı istintaq başladılıb və meyit məhkəmə tibbi ekspertizasına göndərilib.
Xatırladaq ki, Türkiyədə yaxın günlərdə öldürülərək yandırılmış iki qadın meyiti tapılmışdı.
DOSTLARINLA PAYLAŞ: