Türkiyədə xəstəxanalardan birində yanğın baş verib
07 Fevral 2010 Bazar 00:30
Hadisə nəticəsində 150 xəstə evakuasiya edilib, xəsarət alan yoxdur
Türkiyədəki xəstəxanalardan birində yanğın baş verib. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə İstanbulun Maltepe rayonundakı Döş xəstəlikləri və cərrahiyəsi xəstəxanasında baş verib. Xəstəxananın C korpusunun damında baş vermiş yanğın rayon yanğınsöndürmə briqadasının səyi ilə söndürülüb. Maltəpə bələdiyyə sədrinin verdiyi məlumata görə, yanğın başladığı vaxt 150 xəstə binadan evakuasiya edilib. Bələdiyyə sədri bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. “Xəstələrin qohumları narahat olmasın. Qorxacaq heç nə yoxdur. Xəstələr sağ-salamat başqa korpuslara köçürülüb”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: