Türkiyədə vəzifəli şəxsə yumurtalı hücum olub
29 İyun 2012 Cümə 05:24
Martin Rayzer tribunaya çıxdığı vaxt bir qrup qız tələbə müxtəlif şüarlarla ona etirazlarını bildiriblər.
Dünya bankının Türkiyə şöbəsinin rəhbəri Martin Rayzer tələbələrin yumurtalı hücumuna məruz qalıb. Hadisə Trabzon şəhərində keçirilən “Gender Bərabərliyi və İnkişaf” adlı tədbirdə baş verib. Məlumata görə, Martin Rayzer çıxış etmək üçün tribunaya çıxdığı vaxt Qaradəniz Texniki Universiteti (QTU) “Tələbə Kollektivi”nin üzvü olan bir qrup qız müxtəlif şüarlarla ona etirazlarını bildiriblər. Daha sonra Rayzerə yumurta atan qız tələbələr təhlükəsizlik qüvvələri tərəfindən zaldan çıxarılıblar. Bayırda polislərlə də mübahisə edən qız tələbələrdən 5 nəfəri saxlanılıb.
Xatırladaq ki, daha əvvəl Türkiyədə bəzi nazirlər, millət vəkilləri və bir çox vəzifə adamları nüxtəlif tədbirlərdə tələbələrin yumurtalı hücumuna məruz qalıblar.
DOSTLARINLA PAYLAŞ: