Türkiyənin İstanbul şəhərində üçmərtəbəli bina çöküb. ANS PRESS-in "İhlas"a istinadən verdiyi xəbərə görə, hadisə Kadıköy vilayətindəki Hasanpaşa Məhəlləsində baş verib.
Qeyd edək ki, uçqun altında iki nəfərin qaldığı bildirilir.
Hadisə yerinə çox sayda xilasedici və təcili yardım gətirilib. /ANS PRESS/