Türkiyədə torpaq sürüşməsi baş verdi
12 Aprel 2012 Cümə Axşamı 06:12
Sürüşmənin baş verdiyi yerdə heç kimin olmaması böyük bir faciənin qarşısını aldı.
Türkiyə Artvin şəhərinin Yenimahelle məhəlləsində torpaq sürüşməsi baş verib. Torpağın sel kimi axdığı sürüşmə həvəskar kamera tərəfindən lentə köçürülüb. Sürüşmənin baş verdiyi məkanda insan olmaması isə böyük bir faciənin qarşısını alıb.

Qeyd edək ki, sürüşməyə səbəb kimi ağır keçən qış mövsümündən sonra havanın hərarətinin qəfil isinməsi və qarın əriməsi göstərilir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar