Türkiyədə tikintidə çökmə baş verib
20 İyul 2012 Cümə 06:34
Çökmə vaxtı fəhlələrin təşvişlə qaçaraq xilas olmağa çalışması yaxınlıqda olan kamera tərəfindən qeydə alınıb.
Türkiyədə tikinti sahələrindən birində meydana gələn çökmədə 1 fəhlə ölüb, biri isə yaralanıb. ANS PRESS “Doğan” agentliyinə istinadən (DHA) xəbər verir ki, hadisə paytaxt Ankaranın Ulucanlar rayonundakı məscidlərdən birinin həyətindəki tualet inşaatında baş verib. Qeyd edək ki, çökmə hadisəsindən sonra başladılan axtarış-xilasetmə işləri vaxtı tikintidə növbəti – ikinci çökmə meydana gəlib. Çökmə hadisəsi və bu vaxt fəhlələrin təşvişlə qaçaraq xilas olmağa çalışması yaxınlıqda olan kamera tərəfindən qeydə alınıb. Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar