Türkiyədə təyyarə qəzası
20 Aprel 2010 Çərşənbə Axşamı 17:30
Eniş zamanı qəzaya uğrayan təyyardə xəsarət alan olmayıb.
İzmirdən İstanbula uçan “Challenger 604” tipli təyyarə Atatürk hava limanında eniş zamanı qəzaya uğrayıb. “Arkas” aviaşirkətinə məxsus olan təyyarə uçuş zolağının sonunda yerləşən "stop way" nişanını ötərək torpaq əraziyə çırpılıb. Qəza nəticəsində qabaq təkəri sıradan çıxan təyyarənin sağ qanadı da torpağa batıb.
Təyyarədə olan 3 nəfər heyət üzvündən heç biri hadisə nəticəsində xəsarət almayıb. Belə ki, təyyarənin idarəetməsini itirən heyət üzvləri təcili çıxış qapısından istifadə etməklə zərbə anından əvvəl təyyarəni tərk etməyə müvəffəq olublar.
İstanbuldan Fransaya uçmalı olan təyyarə 4 saatlıq xilasetmə işlərindən sonra Atatürk hava limanının anqarına aparılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: