Türkiyədə terrorçulsr növbəti dəfə polisə hücum ediblər
02 Avqust 2010 Bazar Ertəsi 05:05
Naməlum şəxslər kustar üsulla hazırlanmış partladıcı qurğunu polis şöbəsinin həyətinə atıb.
Türkiyə Diyarbəkir vilayətinin Bağlar rayonundakı polis şöbəsinə PKK terrorçuları hücum edib. ANS PRESS “Anadolu” agentliyinə (AA) istinadən xəbər verir ki, yerli vaxtla saat 23.30-da (Bakı vaxtıyla 01.30) naməlum şəxslər kustar üsulla hazırlanmış partladıcı qurğunu şöbənin həyətinə atıb. Qurğunun işə düşməsi nəticəsində baş vermiş partlayışda şöbənin və yaxınlıqda olan binaların pəncərə şüşələri sınıb. Polis terrorçuların yaxalanması üçün əməliyyatlara başlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: