Türkiyənin Hatay vilayətinin mərkəz mahalı Antakyada PKK terror təşkilatı ilə təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Qarşıdurma nəticəsində bir türk əsgəri şəhid olub. ANS PRESS-in «Haberler.com»a istinadən verdiyi xəbərə görə, iki dinc sakin isə yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyatlara başlayıb. /ANS PRESS/