Türkiyədə terrorçulara qarşı əməliyyat keçirilib
08 Noyabr 2012 Cümə Axşamı 04:41
Hərbçilərin hədəfi qış hazırlıqlarının görüldüyü PKK düşərgələri olub.
Türkiyə Baş Qərargah idarəsi xüsusi təyinatlı (Qırmızı Beretli) ordu birlikləri Şimali İraqla sərhəddə qış üçün hazırlıq görən PKK terrorçularına qarşı əməliyyatlar keçirib. Qərargahdan verilən açıqlamaya görə, 2 tabor əsgər Şimali İraq sərhəddindən 5-10 km ölkə ərazisinə daxil olub. Hərbçilər “Kandil”, “Zap”, “Kavak” və s. olmakla bir çox böyük PKK düşərgəsini hədəfə alıb. Məlumata görə, hərbi helikopterlər və “F-16” qırıcı təyyarələri də bu əməliyyatlara havadan dəstək verib.

Qeyd edək ki, Qırmızı Beretli desant birlikləri əməliyyatlarını uğurla həyata keçirərək sağ-salamat Türkiyədəki hərbi bazalarına geri qayıdıblar. Terrorçulara dəyən ziyan və insan tələfatı barədə isə məlumat verilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar