Türkiyədə terrorçular polis məntəqəsinə hücum edib
20 İyun 2010 Bazar 14:25
Türkiyədə terrorçular polis məntəqəsinə hücum edib. İnsident nəticəsində 1 nəfər ölüb, ikisi yaralanıb.
Türkiyənin Elazığ bölgəsində bir qrup terrorçu polis məntəqəsinə hücum edib. Qanunsuz silahlılar tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.
Ölən və yaralananların hüquq-mühafizə orqanlarının əməkdaşları olduqları bildirilir. Hazırda polis məntəqəsinə hücum edən naməlum şəxslərin axtarışı aparılır. Onların PKK üzvləri olması istisna edilmir. anspress
DOSTLARINLA PAYLAŞ: