Türkiyədə terrorçular hərbi hissəyə hücum etdi
16 Aprel 2012 Bazar Ertəsi 01:26
Baş vermiş insidentdə 2 hərbçi müxtəlif dərəcəli xəsarət alıb.
Türkiyədə hərbi hissə PKK terrorçularının silahlı hücumuna məruz qalıb. Hadisə ötən gün yerli vaxtla saat 17.30-da (Bakı vaxtıyla 19.30) Hatay vilayəti İskəndərun rayonundakı Amanos dağında yerləşən 39-cu Mexaniki Briqada Komandirliyində baş verib. Hərbçilərin terrorçulara cavab verməsi ilə tərəflər arasında atışma baş verib. Silahlı insidentdə 2 hərbçi xəsarət alıb.
Qeyd edək ki, atışmadan sonra terrorçular hadisə yerindən qaçıblar. Terrorçuların yaxalanması üçün bölgədə hərbi əməliyyat başlayıb.
DOSTLARINLA PAYLAŞ: