Türkiyədə telekanallar qeyri-obyektivlikdə günahlandırılır
04 İyun 2013 Çərşənbə Axşamı 02:49
NTV-nin binası qarşısında etiraz aksiyası keçirilib.
Türkiyənin NTV telekanalının binası qarşısında etiraz aksiyası keçirilib. ANS PRESS-in “Euronews”a istinadən verdiyi məlumata görə, aksiyada son günlər keçirilən nümayişlərin telekanallarda birtərəfli işıqlandırılmasına etiraz bildirilib.
Aksiyada 3 mindən çox adam iştirak edib.
Aksiya iştirakçıları bildiriblər ki, telekanallar yalnız polislə toqquşmaları və kütlənin polis əməkdaşlarına daş, butulka atmasını göstərirlər. Lakin zorakılıq aktlarına aidiyyatı olmayan minlərlə vətəndaş kadr arxasında qalır.
Aksiyada mətbuatı satılmaqda günahlandıran şüarlar səsləndirilib.
DOSTLARINLA PAYLAŞ: