Türkiyədə təbiət faciəsi: fırtına 6 can aldı
10 Aprel 2012 Çərşənbə Axşamı 01:29
Külək fəhlələrin olduğu konteyneri qayalara çırpıb.
Türkiyənin Elazığ vlayətinin Mədən rayonunda baş vermiş fırtınada 6 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 18.30-da (Bakı vaxtıyla 20.30) rayona 5 km məsafədə olan tikinti sahəsində baş verib.

Qeyd edək ki, qəfil başlayan fırtına tikinti sahəsində olan bir çox ağır texnikanı aşırıb, fəhlələrin olduğu plastik konteynerləri isə yüzlərlə metr məsafədə sürükləyib. Fırtınanın qayalara çırpdığı konteynerdə olan 4 fəhlə ölüb, 9 fəhlə isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Daha 2 yaralı isə xəstəxanada həyatını itirib.

Hadisədən sonra yaralıları ziyarət edən Elazığ valisi Muammər Erol baş verənlər barədə jurnalistlərə məlumat verərkən ölənlərdən 4-nün elə həmin gün işə başladığını qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar