Türkiyədə növbəti qətliam baş verib. "CNN Türk"ün məlumatına görə, Türkiyənin Elazığ bölgəsinin Baskil kəndində tarlada işləyən fermerlərə qarşı silahlı basqın olub. İlkin məlumata görə, basqını psixoloji problemləri olan ata-oğul törədib. Elazığ bələdiyyə başçısı hadisə nəticəsində 6 nəfərin öldüyü, 16 nəfərin isə yaralandığını bildirib.
Bəzi məlumatlara görə, isə basqın evdə baş verib. Hadisə ilə bağlı araşdırmalar davam edir./ANS PRESS/