Türkiyədə son 48 saatda 48 zəlzələ
27 Avqust 2013 Çərşənbə Axşamı 14:38
Malatyada son 2 gündə 48 yeraltı təkan qeydə alınıb
Türkiyədə təbii fəlakətlər və fövqəladə hallar naziriliyi Türkiyənin Malatya şəhərində son 48 saatda 48 zəlzələ qeyd edildiyini açıqlayıb. ANS PRESS-in CNN Türk saytına istinadən verdiyi xəbərə görə, zəlzələ Malatya İlinin Arguvanlı vilayəti və onun yaxınlığında qeydə alınıb. Gücü Rixter şkalası ilə 1.9-3.0 bal arasında dəyişən zəlzələ, Malatya mərkəzindən 45 km şimalda daha tez-tez qeydə alınıb.
DOSTLARINLA PAYLAŞ: