Baş vermiş hadisə təşvişə səbəb olsa da qəzada xəsarət alan olmayıb.
Türkiyənin İstanbul şəhərindəki metrobus (ictimai nəqliyyat) dayanacaqlarından birində qəza baş verib. Hadisə şəhərin Avcılar rayonundakı dayanacaqlardan birində baş verib. Məlumata görə, Avcılardakı son metrobus dayanacağı təmir səbəbilə bağlandığı üçün sərnişinlər müvəqqəti olaraq üst keçiddən istifadə etməli olub. Üst keçidinin yaxınlığında çüxuru örtən dəmir lövhə isə ağırlığa tab gətirməyərək çöküb və nəticədə xeyli sayda insan 2 metr dərinlikli çüxura düşüb. Hadisə insanlar arasında təşvişə səbəb olsa da xoşbəxtlikdən ölən və yaralananların olmadığı bildirilir.