Türkiyədə qəzet mətbəəsində partlayış
12 Yanvar 2013 Şənbə 02:34
Terrorçuların hədəfi təhlükəsizlik xidmətinin əməkdaşları olub.
Türkiyədə nəşr olunan “Akit” qəzetinin mətbəəsində partlayış meydana gəlib. Qəzet özünə aid internet saytında yerli vaxtla saat 22.10-da (Bakı vaxtıyla 00.10) terrorçuların binaya kustar üsulla hazırlanmış 3 partlayıcı qurğu atdığını, bunlardan ikisinin partladığını bildirib. Daha bir partlayıcı qurğu isə polis tərəfindən zərərsizləşdirib. Qəzet, terrorçuların hədəfinin təhlükəsizlik xidmətinin əməkdaşları olduğunu iddia edib.
Hadisənin baş verməsindən sonra mətbəə əməkdaşları binadan təxliyə olunub, partlayış nəticəsində ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma başladılıb və hadisəni törədənlərin ələ keçirilməsi istiqamətində əməliyyatlar davam edir.
DOSTLARINLA PAYLAŞ: