Türkiyədə qeyri-adi cinayət hadisəsi baş verib
01 Avqust 2012 Çərşənbə 04:03
Naməlum şəxs düşməninə oxşatdığı günahsız insanı bıçaqlayıb.
Türkiyənin Sivas şəhərində qeyri-adi cinayət hadisəsi baş verib. Məlumata görə, universitet tələbəsi Tuqay Tarıcı evinə gedərkən yolunu kəsən naməlum şəxs onu xoşu gəlməyən bir nəfərə oxşadığını deyib. Onun axtardığı adam olmadığını desə də şübhəli şəxs Tarıcıdan əl çəkməyib.
Daha sonra Tuqay Tarıcını öz evinin yanında gözləyən şübhəli şəxs süngü bıçağı ilə universitet tələbəsinə hücum edib. Ürəyinə istiqamətlənmiş zərbədən özünü qorumağa çalışan Tarıcı hər iki qolundan da xəsarət alıb.
Qeyd edək ki, xəstəxanaya çatdırılan Tarıcının sağ qolundakı xəsarət yüngül olsa da, sol qolunun vətərləri və əzələ lifləri kəsilib. Həkim, Tarıcının bu səbəblə bir müddət sol əlinin barmaqlarından istifadə edə bilməyəcəyini qeyd edib.
Polis Tarıcının verdiyi məlumata əsasən cinayəti törədən şübhəli şəxsin axtarışına başlayıb.
DOSTLARINLA PAYLAŞ: