Türkiyənin cənub-şərq əraziləri Suriyadan gələn toz buludlarının təsiri altında qalıb. Ölkənin bəzi yerlərində görünüş məsafəsi 30 metrəyə qədər azalıb. Toz qasırğası əsasən Şırnak və Mardin ilə bu şəhərlərə bağlı rayonlarda öz təsirini göstərib. Bir çox yerlərdə isə ibtidai və orta məktəblərdə toz qasırğası səbəbi ilə şagirdlər evə buraxılıb. Bələdiyyələr səsgücləndiricilərlə xəstələrin və uşaqların evdən bayıra çıxmaması üçün xəbərdarlıq edib. /ANSPRESS/