Türkiyədə qalmaqallı bələdiyyə seçkiləri
30 Mart 2014 Bazar 18:34
Bələdiyyə seçkilərini 1milyon 358 min müşahidəçi izləyir.
Türkiyə 5 il boyunca vəzifələrini yerinə yetirəcək yerli idarəçilərini seçmək üçün sandıq başındadır.
Seçicilərin 26 milyon 704 min 757-si qadın, 25 milyon 991 min 75-ni kişilər təşkil edir.
Seçkilərin sağlam və nizamlı şəkildə təmin etmək məqsədiylə Türkiye Yüksək Seçim Qurumu bu gün gecə saat 24.00-a qədər spirtli içki satılamasına, içkili və ümumi yerlərdə spirtli içki verilməsi və içilməsinə qadağa qoyub və umumiyyətlə əyləncə yerləri səs vermə müddətində bağlı qalacaq.

Türkiyənin hər yerində 1milyon 358 min nəfər seçkilərin gedişatına nəzarət edir. Seckilərin təhlükəsizliyini Daxili İşlər Nazirliyi təmin edir. Enerji və Təbii Ehtiyyatlar Nazirliyi də səslərin sayılması prosesində elektrik kəsilməsi olmaması üçün lazım olan tədbirlər həyata gecirib.

Seckilərin təxmini nəticələri yalniz bugun axsam 21.00-da Türkiye Yüksək Seçim Qurumu tərəfindən aciqlandıqdan sonra TV radio və digər yayım quruluslarında məlumatlar yayıla bilər.

Bugünun acı xəbərləri isə Türkiyənin Şanlurfa və Hatay şəhərlərindən gəldi. Beləki düşən mübahisə zəminində Şanlurfada 4, Hatayda isə 2 nəfər həyatını itirib. Toplam seckilərdə Türkiyənin fərqli şəhərlərində 30-a yaxın insan yaralanıb.

Xatirladaq ki, bələdiyyə seçkiləri Türkiyədə çox böyük rola malikdir. Hər hansı bir şəhərdə bələdiyyə seçkilərini qazanan siyasi partiya adətən parlament seçkilərində həmin ərazi üzrə qələbə qazanır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar