Türkiyədə qaçırılan bərənin yanacağı qurtarıb
12 Noyabr 2011 Şənbə 04:23
Terrorçular Türkiyə hökumətindən qida və yanacaq tələb edirlər.
Türkiyədə terrorçular tərəfindən ələ keçirilən “Kartepe” bərəsi yanacaq çatışmazlığı üzündən Səlimpaşa limanında lövbər salıb. “CNN Türk”ün məlumatına görə, bunu Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım deyib.
Nazirin sözlərinə görə, bərə Səlimpaşa limanından 1-1,5 mil məsafədə dayanıb. “Bərədə yanacaq qurtarıb. Onlar (terrorçular) kapitan vasitəsilə yanacaq və qida istəyiblər. Bundan başqa, onlar nasazlıq yaranan mühərrikin təmini üçün alətlər də tələb ediblər. Biz vəziyyəti dəyərləndiririk. Bizim üçün əsas məsələ sərnişinlərin təhlükəsizliydir”, - Binəli Yıldırım deyib.
Ən son məlumatlara görə, bərədə 18 sərnişin, o cümlədən, 5 qadın və azı bipr uşaq var. Bundan başqa, dörd heyət üzvü və iki stajçı da terrorçuların əlindədir.
Terrorçuların silahlı olduğu bildirilir. Bərə ələ keçirilərkən ona yaxınlaşmaq istəyən polis katerinə xəbərdarlıq atəşi açılıb. Bundan başqa, bərədə partlayıcı qurğunun olduğu güman edilir.
DOSTLARINLA PAYLAŞ: