Türkiyədə prezident seçkisi başladı
    10 Avqust 2014 Bazar 10:13
    Türkiyədə prezident seçkisinə start verilib. Saat 10:00-da başlayan seçki 19:00-a kimi davam edəcək.
    
                	 
    
         Türkiyədə prezident seçkisinə start verilib. 
ANS PRESS-in məlumatına görə, Bakı vaxtı ilə saat 10:00-da başlayan seçkilər 19:00-a kimi davam edəcək. Seçkilərdə 52 milyon 894 min 115 qeydiyyata alınmış seçici iştirak edəcək. 
Türkiyənin 12-ci prezidenti ilk dəfə millətin verəcəyi səslərlə müəyyən olunacaq. Yeni prezident 5 il vəzifə yerinə yetirəcək və 5 il sonra keçiriləcək seçkilərə də qatıla biləcək. 
Seçkidə Ədalət və İnkişaf Partiyası (AKP) namizədi Rəcəb Tayyib Ərdoğan, Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Demirtaş və CHP-MHP-nin ortaq namizədi Ekmələddin İhsanoğlu mübarizə aparacaq. 
DOSTLARINLA PAYLAŞ: