Türkiyədə polisə hücum: ölən və yaralananlar var .
12 Dekabr 2012 Çərşənbə 04:21
Polisə 8 dəfə atəş açan qadın terrorçu N. A. hadisə yerindən qaçmaq istəyərkən mülki şəxs tərəfindən ələ keçirilib
Türkiyədə növbəti terror hadisəsi meydana gəlib. ANS PRESS “Doğan” agentliyinə istinadən xəbər verir ki, hadisə İstanbulun Qaziosmanpaşa rayonunda baş verib. Məlumata görə, ötən gün rayonun eyniadlı meydanında polis işçisi naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Terror hadisəsi nəticəsində 1 polis ölüb, 3 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Polisə 8 dəfə atəş açan qadın terrorçu N. A. hadisə yerindən qaçmaq istəyərkən mülki şəxs tərəfindən ələ keçirilib. Onun yanında olan kişi terrorçu isə qaçaraq izini itirməyə müvəffəq olub.
DOSTLARINLA PAYLAŞ: