Türkiyədə polis idarəsində iki şikayətçi qətlə yetirilib
30 İyun 2009 Çərşənbə Axşamı 11:10
Hadisənin düşmənçilik nəticəsində baş verdiyi bildirilir

Türkiyənin Osmaniyə bölgəsində, polis idarəsində 2 nəfər qətlə yetirilib. "İhlas" xəbər agentliyinin məlumatına görə, insident iki qrup arasında olan düşmənçilik nəticəsində baş verib. Gecə saatlarında bir qrup şəxsin şikayət məqsədilə polis idarəsinə getdiyini bilən digər tərəf ora gedərək özləri ilə gətirdikləri silahlarla polis idarəsinə daxil olub və şikayətçilərə atəş açıb. Nəticədə şikayətə gələnlərdən ikisi hadisə yerindəcə dünyasını dəyişib.
Qətldən dərhal sonra polis əməkdaşları cinayətkarları həbs etməyə müvəffəq olub. Hadisə ilə bağlı hələ ki, heç bir açıqlama verilməyib. Ölənlərin yaxınları isə polis idarəsinin qarşısına gələrək insidentdə polis əməkdaşlarının təqsirli olduqlarını bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar