Türkiyədə PKK-ya qarşı keçirilən əməliyyatda 22 terrorçu məhv edilib
31 İyul 2012 Çərşənbə Axşamı 19:03
Ölkənin cənub-şərqində 300 nəfərlik terrorçu qrupa qarşı əməliyyat keçirilir.
Türkiyənin cənub-şərqindəki Hakkari vilayətinin Şəmdinli qəsəbəsi yaxınlığında təhlükəsizlik qüvvələri ilə PKK-çılar arasında baş verən toqquşmada 22 terrorçu məhv edilib. APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İraqın şimalından gələn və Şəmdinli qəsəbə mərkəzinə hücum planlaşdıran təxminən 300 nəfərdən ibarət terrorçu qrupa qarşı əməliyyat başlayıb. Qəsəbənin 3 kilometrliyində yerləşən Qoman dağlarında keçirilən əməliyyata 2 min əsgər, hərbi helikopterlər və hərbi təyyarələr cəlb olunub. Havadan və yerdən bombalanan terrorçuların itkilərinin daha çox olacağı güman edilir. Əməliyyat davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar