PKK terror təşkilatına qarşı Türkiyənin 12 vilayətində geniş miqyaslı əməliyyatlar başlayıb. Əməliyyat çərçivəsində Demokratik Toplum Partiyasının sədr müavinləri Səlma İrmak, Kamran Yüksək, Bayram Altun, eləcə də Tüncəli bələdiyyə sədrinin müavini Alican Ünlü də daxil olmaqla 40-a yaxın şəxs həbs edilib. Saxlanılanlar arasında həmçinin Abdulla Öcalanın vəkili Səracəddin İrmak da var.
Əməliyyat çərçivəsində Diyabəkir «Gün tv» kanalı da daxil olmaqla bir sıra ərazilərdə də axtarışlar aparılıb. Qeyd edək ki, əməliyyatlar, Diyarbəkir baş prokurorunun təlimatı ilə başlayıb. PKK-ya qarşı əməliyyatın artıq bir ildir davam edən araşdırmanının nəticəsi və terror təşkilatının şəhərlərdəki bağlantılarına qarşı olduğu bildirilir. /ANS TV/