Türkiyədə PKK üzvünün millət vəkili olmasına yol verilmədi
22 İyun 2011 Çərşənbə 03:43
Ali Seçki Şurası Hatib Diclənin millət vəkilliyini səs çoxluğu ilə ləğv edib.
Ali Seçki Şurası (YSK-Yüksek Seçim Kurulu) Türkiyə Diyarbəkir vilayətindən müstəqil millət vəkili seçilən Hatib Diclə barədə qərarını açıqlayıb. YSK sədrinin müavini Turan Karakaya, barəsində “terror təşkialtını təbliğ etmək” cinayəti ilə həbs cəzası olan və KCK (“Koma Ciwaken Kurdistan - Kürdüstan Cəmiyyəti Asossasiyası” PKK-nın şəhər cinahı) məhkəməsi səbəbilə həbsdə olan Hatib Diclənin millət vəkilliyinin səs çoxluğu ilə ləğv olunduğunu deyib.
Qeyd edək ki, Türkiyədə seçki bariyerini aşa bilməyəcəyi üçün PKK terror təşkilatının siyasi cinahı BDP-nin (Barış və Demokrasi Partiyası) üzvləri seçkidə müstəqil iştirak edir, seçildikdən sonra isə parlamentdə partiyanın qrupunu yaradırlar. Bundan başqa bir çox PKK-çı isə həbsdə olduğu halda seçkidə iştirak edərək toxunumazlıq əldə edir və həbsxanadan çıxaraq parlamentə gedir. Belə hallar daha əvvəl baş verdiyi halda YSK bu dəfə Hatib Diclənin bundan istifadə etməsinə yol verməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: