Türkiyədə PKK terrorçuları bir əsgəri şəhid ediblər
26 May 2009 Çərşənbə Axşamı 05:05
Tunceli vilayətində baş vermiş insidentdə daha bir əsgər isə yaralanıb

Türkiyədə PKK terrorçularının növbəti hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir çavuş şəhid olub, bir əsgər isə yaralanıb. ANS PRESS, Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Tunceli vilayətinin Çiçəkli kəndi yaxınlığında Türkiyə əsgərləri ilə PKK terrorçuları arasında atışma baş verib. İnsident nəticəsində bir çavuş ölüb, bir əsgər isə yaralanıb. Terrorçular atışmadan sonra qaçmağa müvəffəq olublar. Terrorçuların ələ keçirilməsi üçün ərazidə əməliyyatlar başlayıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar