Türkiyədə partlayış: 1 ölü, 10 yaralı
29 Oktyabr 2011 Şənbə 17:18
Partlayış AK Partiyasının Bingöl ofisi yaxınlığında törədilib.
Türkiyənin Bingöl vilayətində AK Partiyasının binası yaxınlığında partlayış baş verib. Vanda təbii fəlakət bölgəsində olan Türkiyənin daxili işlər naziri Naim Şahinin bildirdiyinə görə, partlayış nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Nazir partlayışı terrorçu-kamikadzenin törətdiyinin ehtimal edildiyini bildirib.
Van bölgəsində olan nazirlərdən müdafiə naziri Cevdet Yılmaz da partlayış xəbərini alan kimi Bingölə yola düşüb.
DOSTLARINLA PAYLAŞ: