Türkiyədə ölkədaxili sərnişin təyyarəsində bomba həyəcanı
31 İyul 2010 Şənbə 03:35
Təyyarədə və sərnişinlərin baqajlarında partlayıcı qurğu axtarışı davam edir.
Türkiyədə İstanbul-Trabzon reysi ilə hərəkət edən sərnişin təyyarəsində partlayıcı qurğu olduğuna dair “Atatürk” hava limanı rəsmilərinə məlumat daxil olub. Bu səbəblə “Airbus 321” tipli təyyarə havaya qalxdıqdan bir müddət sonra “Atatürk” hava limanına geri qayıdıb. Təhlükəsizlik qüvvələri içində 194 sərnişin olan “Bingöl” adlı təyyarəni hava limanının təhlükəsiz bölgəsinə apararaq araşdırmalara başlayıb. Hazırda təyyarədə və sərnişinlərin baqajlarında partlayıcı qurğu axtarışı davam edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: