Türkiyədə neft yatağına hücum: 3 ölü
24 Noyabr 2011 Cümə Axşamı 04:02
Amerika tərəfindən işlədilən yataqda ölənlər türklərdir.
Türkiyənin Batman vilayətinin Buzluk rayonu yaxınlığında yerləşən “Şelmo” neft yatağı naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Yerli vaxtla təxminən saat 00.00-da (Bakı vaxtı ilə 02.00) baş vermiş hadisə nəticəsində 3 nəfər ölüb. Qeyd edək ki, ABŞ-a aid şirkət tərəfindən işlədilən neft yatağında yaxın məsafədən açılmış atəşlə öldürülənlərin üçü də türkdür.
Ölənlərin cəsədləri Batman xəstəxanasının morquna aparılıb, faktla bağlı isə istintaq başladılıb.
DOSTLARINLA PAYLAŞ: