Türkiyədə nazir qələbəni rəqs edərək qeyd etdi
31 Mart 2014 Bazar Ertəsi 09:22
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi partiyasının əldə etdiyi qələbəni rəqs edərək qeyd etdi.
ANS PRESS-in xəbərinə görə, nazir Dənizli vilyətinin “Delikliçinar” meydanında seçicilər qarşısında çıxış edərək onlara öz təşəkkürünü bildirib.
Nazir Zeybekçi daha sonra meydana enərək zeybək rəqsi oynayıb.
Bu vaxt naziri AKP-nin Dənizlidən namizədi Osman Zolan və meydanda olan sakinlər də müşayiət edib.
DOSTLARINLA PAYLAŞ: