Türkiyədə nadir təbiət hadisəsi
08 Mart 2013 Cümə 11:17
Mərmərə dənizi 170 metr geri çəkildi.
Türkiyənin Silivri şəhəri sahillərində Mərmərə dənizi sularının gözlənilmədən 170 metr geri çəkilməsi insanları təşvişə salıb. Qeyri-adi təbiət hadisəsini gələcəkdə fəlakətin xəbərçisi kimi qiymətləndirən sakinlər yaxın zamanlarda güclü zəlzələlərin olacağını iddia edirlər.

Türkiyənin elm adamları isə hələki Silivridə baş verənlərlə bağlı konkret açıqlama vermir. Mərmərə dənizində suyun geri çəkilməsi əvvəllər də baş verib, amma bu qədər məsafədə çəkilmə heç vaxt qeydə alınmayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar