Türkiyədə müxalifətçilər güllələnib
16 Mart 2009 Bazar Ertəsi 15:55
Türkiyənin Mersin bölgəsində hakim partiyanın üzvləri ilə müxalifətçilər arasında qarşıdurma baş verib.
Mübahisə zamanı AKP üzvləri MHP-çilərə tüfənglə atəş açıb. Nəticədə 42 yaşlı Qədir Öz və 45 yaşlı Vəli Arı adlı MHP üzvləri ayaqlarından yaralanıb. Hər iki şəxs xəstəxanaya çatdırılıb. Hadisədən sonra 3 AKP üzvü həbs edilib.

Xatırladaq ki, martın 29-da Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar