Türkiyədə minarə uçuruldu
18 Fevral 2010 Cümə Axşamı 13:55
Qələm kimi yerə düşən minarə ətrafdakı tikililərə ziyan vurmayıb
Türkiyənin İzmir şəhərində sökülən minarənin çatlaması narahatlıq doğurub. Bələdiyyə çatlamış minarəni görən kimi söküntü işlərini saxlayıb. Bələdiyyə başçısının vəkili Refik Zenginobuzun təşkilatçılığı ilə minarəni yıxmaq üçün Türkiyədə sadəcə iki ədəd olan maşından biri İzmirə gətirilib. 60 ton ağırlığı 21 metr uzunluğunda olan aparat 35 metr hündürlüyündəki minarəni asanlıqla yıxıb. Qələm kimi yerə düşən minarə ətrafdakı tikililərə ziyan vurmayıb.
Qeyd edək ki, sökülən məscidin yerində müasir ibadət kompleksi inşa ediləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: