Türkiyədə məscidin imamı minarəni belə oğurlayıb
18 İyun 2011 Şənbə 14:57
Qəsəbə sakinləri iddia edirlər ki, imam minarəni və bir neçə konsioner və elektrik avadanlığını oğurlayıb.
Türkiyənin Şanlıurfa vilayətində qəribə hadisə baş verib. Osmanlı məhəlləsinin sakinləri iddia edir ki, Əbdülqadir Geylani adlı məsciddə təxminən 5 il öncə fəxri imam vəzifəsində çalışmağa başlayan İbrahim T. adlı şəxs bir neçə gün əvvəl məscidin uçacağını bildirib. Daha sonra o bunu əsas gətirərək məscidin ikinci mərtəbəsində yerləşən dərnəyə məxsus bir neçə kondisioneri, elektrik avadanlıqlarını və bir neçə metrəlik dəmir minarəni müvəqqəti başqa yerə aparmaq adı ilə naməlum istiqamətdə aparıb.

Bir müddət imamdan xəbər almadıqları üçün şübhələnən sakinlər məsələ ilə bağlı müvafiq orqanlara xəbər veriblər. Hələlik, faktla bağlı araşdırmalar aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar