Türkiyədə məhbusların ailəsinə dövlət baxacaq
04 Noyabr 2012 Bazar 06:59
Nazir bu barədə təklifi parlament plan və büdcə komissiyasının iclasındakı çıxışında səsləndirib.
“Həyat yoldaşı həbsxanada olan qadınlara aylıq maaş veriləcək”. Bunu Türkiyə Ailə və İctimai Siyasət (Aile ve Sosyal Politikalar) naziri Fatma Şahin deyib. Türkiyə mətbuatının yaydığı məlumata görə, nazir bu barədə təklifi parlament plan və büdcə komissiyasının iclasındakı çıxışında səsləndirib. Nazir Şahin əri vəfat etmiş qadınlara maaş verilməsi məsələsindən sonra bu istiqamətdə də işə başladıqlarını deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar