Türkiyədə kömür mədənindən 28 nəfərin meyidi çıxarılıb
20 May 2010 Cümə Axşamı 14:50
Türkiyədə kömür mədənindən 28 nəfərin meyidi çıxarılıb. Axtarış-xilasetmə işləri qismən sona çatıb.
Türkiyənin Zonquldaq bölgəsində yerləşən kömür mədəndə baş verən partlayış nəticəsində "Karaqon" kömür mədənində axtarış-xilasetmə işləri qismən sona çatıb. Xilaskarlar partlayış nəticəsində 500 metrədək dərinlikdə qalmış 28 nəfərin meyidini çıxarıblar.
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız da mədən partlayışı nəticəsində ölənlərin sayının 28 nəfər olduğunu təsdiqləyib. Nazirin sözlərinə görə, partlayış zamanı mədəndə 30 mühəndis olub. Hazırda itkin düşən digər iki nəfərin də axtarışları aparılır.
Xatırladaq ki, partlayış hadisəsi mayın 18-də baş vermişdi. Qəzadan dərhal sonra 11 nəfərin həyatını xilas etmək mümkün olmuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: