Türkiyədə kömür mədəni partlayıb
17 May 2010 Bazar Ertəsi 17:55
Onlarla şaxtaçının 540 metr dərinlikdə qaldığı bildirilir.
Bu gün Türkiyənin Zoqunldağ bölgəsində kömür mədənində partlayış baş verib. Yerli vaxtla saat 13:30-da baş verən partlayışda 7-8 nəfərin yaralandığı və 15-20 nəfər şaxtaçının isə təqribən 540 metr dərinlikdə qaldığı bildirilir. Hazırda həmin şəxslərin xilas olunması üçün tədbirlər görüldüyü bildirilir.
Partlayışın elektrik naqilində yaranmış nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: