Türkiyədə keçirilən əməliyyatda 60 PKK terrorçusu məhv edilib
04 Avqust 2012 Şənbə 14:30
Türkiyə Silahlı Qüvvələri əməliyyatla bağlı yaxın vaxtlarda rəsmi məlumat yayıcaq.
Türkiyə təhlükəsizlik qüvvələri Hakkarinin Şəmdinli qəsəbəsində keçirilən əməliyyat zamanı 60 PKK terrorçusunu məhv ediblər. APA-nın “Milliyət” qəzetinə istinadən yaydığı məlumata görə, yaxın vaxtlarda Türkiyə Silahlı Qüvvələri bir neçə gündən bəri Şəmdinli qəsəbəsində davam edən əməliyyatla bağlı rəsmi açıqlama yayacaq. Bölgədə mühasirəyə alınan 200-dən çox PKK terrorçusunun zərərsizləşdirilməsi əməliyyatına hərbi aviasiya havadan dəstək verir. Hazırda PKK silahlılarının mövqe tutduğu Goman dağı toplardan atəşə tutulur, təyyarələr terrorçuların sığındığı mağaraları bombalayırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar