Türkiyədə keçən il ən çox ziyarət edilən məkan məlum oldu
28 Yanvar 2013 Bazar Ertəsi 08:34
Ayasofya Muzeyini 3 milyon 345 min nəfər turist ziyarət edib.
Türkiyədə keçən il yerli və əcnəbi turistlər tərəfindən ən çox ziyarət edilən məkanlar İstanbul şəhərindəki Ayasofya və Topqapı Sarayı muzeyləri və Efes xarabalıqları olub.
AzərTAc Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Ayasofya Muzeyini 3 milyon 345 min, Topqapı Sarayı Muzeyini 3 milyon 334 min, Efes xarabalıqlarını isə 1 milyon 888 min nəfər turist ziyarət etmişdir.
Ümumiyyətlə, keçən il Türkiyədəki muzey və tarixi yerləri 28 milyon 781 min turist ziyarət edib.
DOSTLARINLA PAYLAŞ: