Türkiyədə jurnalistlər yürüş keçirir
13 Mart 2011 Bazar 18:43
Aksiya iştirakçıları həmkarlarının azad edilməsini tələb edir.
Türkiyədə “Jurnalistlərə azadlıq platformasi” İstanbul şəhərində yürüş keçirir. Partiyaya üzv olan onlarla jurnalist və yazıçılar yürüşə çıxıb. Qalatasaray meydanında onlara Cumhuriyyətçi Hərəkat Partiyasından olan millət vəkili Çətin Soysal, məşhur teleaparıcı Uğur Dündar və müxtəlif ictimai birliklərin nümayəndələri də qoşulub.
Jurnalistlər həbsdə olan həmkarlarının azad edilməsi tələbini irəli sürüb. Aksiya iştirakçıları Bəyoğlu boyunca Taksim meydanına doğru yürüşə başlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: