Türkiyədə İsrail bayrağı yandırılıb
20 Mart 2010 Şənbə 17:25
Türkiyədə İsrail bayrağı yandırılıb. İstanbulda keçirilən aksiya zamanı “ar olsun israil” şüarları səsləndirilib.
İsrailin mübahisəli Şərqi Qüds ərazisində 1600 yeni yaşayış məskəni inşa etmək və yəhudilərin Qüdsdəki “Əl-Əqsa” məscidini ələ keçirməklə bağlı planlarına qarşı Livan və Türkiyədə yüzlərlə etirazçı aksiya keçirib.

Livanın paytaxtı Beyrutda binası qarşısına toplaşan etirazçılar əllərində Livan, Fələstin və “Hizbullah”ın bayraqlarını və “Əl-Əqsa” məscidinin maketini gəzdirib və İsrail əleyhinə şüarlar səsləndirib.

Türkiyənin İstanbul şəhərində də İsrail əleyhinə etiraz səsləri ucaldılıb. Durmadan “ar olsun israil” şüarları səsləndirən etirazçılar “Əl-Əqsa” məscidinin günbəzi formasında olan fiquru gəzdirib və İsrail bayrağını yandırıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrail hökumətini riyakar adlandırıb və bildirib ki, İsrail rəhbərliyi bu məsələyə daha ciddi yanaşmalıdır. Ərdoğan həmçinin Birləşmiş Ştatlar və BMT-ni İsrailə qarşı ciddi addımlar atmamaqda ittiham edib və ötən il başa çatan Qəzza müharibəsində evlərindən didərgin düşən insanlara kömək edilməsinin vacib olduğunu vurğulayıb.

“Son on dörd ayda Qəzzada 5 mindən çox ailə evindən didərgin düşüb və çadırlarda yaşayır. Lakin Birləşmiş Ştatlar və BMT bu məsələyə qeyri-ciddi yanaşır və İsrail hökumətinə qarşı ciddi tədbirlər həyata keçirmir. Mən İsrail hökumətini ikiüzlü hesab edirəm və düşünürəm ki, bu ölkə fələstinlə münasibətlərinə yenilik gətirməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar