Türkiyədə İslam qorxusu yoxdur
17 İyun 2011 Cümə 07:36
Bir aydır xəstəxanada yatan Rauf Denktaşın görüntüləri yayılıb.
Ötən ay beynində baş vermiş damar tıxanıqlığı səbəbi ilə xəstəxanaya çatdırılan Şimali Kipr Türk Respublikasının qurucu və sabiq prezidenti Rauf Denktaşın görüntüləri yayılıb. Denktaşın şəklini mətbuata verən ailəsi sabiq prezidentin Türkiyədə keçirilən parlament seçkisi barədə fikirlərini də ictimaiyyətə çatdırıb. Denktaş Atatürkün qurduğu respublikada İslam qorxusu qalmadığını deyib: “Türkiyə, Atatürkün demokratik, laik (dünyəvi) cumhuriyyətdən “yumşaq İslam modeli” sisteminə doğru gedərmi, getməzmi qorxusu qalmayıb artıq”.

Xalqa göstərdiyi xidmmətlərə görə AKP-nin (Hakim Ədalət və İnkişaf partiyası) 50 faiz səs yığdığını deyən Denktaş həmçinin bu millətin Ərdoğana konstitusiyanı dəyişdirmək səlahiyyəti vermədiyini vurğulayıb.

Xatırladaq ki, Rauf Denktaş bu il may ayının 24-de yerli vaxtla saat 17.30-da (Bakı vaxtıyla 19.30) xsətəxanaya çatdırılmış, həkimlər onun beynində laxtalanma səbəbilə damar tıxanıqlığı meydana gəldiyini bildirmişdi. Qeyd edək ki, hal-hazırda sabiq prezidentin bir tərəfi iflic vəziyyətindədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar