Türkiyədə inəyə insanın 4 qatı süd pulu verilir
04 Aprel 2011 Bazar Ertəsi 06:18
Ana olmuş qadınlara 43 manat süd pulu, balalayan inəyə isə 192 manat subsidiya verilir
Türkiyədə “SSK” və ya “Bağ-Kur” (Dövlət sığortalar qurumu) sığortalısı olan qadın və ya bu qurumdan sığortalı olan kişilərin qadınlarına dünyaya uşaq gətirdikləri zaman 85 lirə (43 manat) süd pulu verilir. “Hürriyet” qəzetinin köşə yazıçısı Şükrü Kızılot balalayan bir inəyə bunun 4 qatı pul verildiyini bildirir: “Bursa “SMMM” (Sərbəst Mühasibəçi və Mali Müşavirlər) palatası əmək və sosial müdafiə komissiyasının sədri Bünyamin Çolakın araşdırmalarına görə, balalayan inəklərin hər bir buzovuna görə 310 ilə 375 lirə (159 ilə 192 manat) arasında subsidiya verilir. Yəni balalayan inəyə dünyaya körpə gətirən insanın 4 qatı yardım verilir. İnəklər üçün heç nə demirik. Amma qadın hüquqlarının müdafiə olunduğu və ya müdafiə olunmuş kimi göründüyü bu günlərdə dünyaya uşaq gətirən qadının vəziyyəti gözdən keçirilməlidir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar